"Səbail" Türkiyə klubuna qarşı

  "Səbail" Türkiyə klubuna qarşı

Yeni mövsümə hazırlığı davam etdirən "Səbail" bu gün ilk yoxlama oyununu keçirəcək.

Mediasport.az xəbər verir ki, Bayıl təmsilçisi Türkiyədə "Ərzurumspor"la qarşılaşacaq.

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 17:00-da səslənəcək.

"Dənizçilər"in növbəti yoldaşlıq görüşündəki rəqini Superliqa klubu "Hatayspor" olacaq (13 iyul).