"Zirə"də yeni futbolçu - RƏSMİ

"Zirə"də yeni futbolçu - RƏSMİ

“Zirə” yeni futbolçu ilə anlaşıb.

MediaSport.az xəbər verir ki, qəsəbə təmsilçisi Məqsəd İsayevi heyətinə qatıb.

28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 

İsayev daha əvvəl “Neftçi”, “Şamaxı”, “Sabah”, “Səbail” və “Qəbələ”nin şərəfini qoruyub.