Azərbaycan millisinin iki güləşçisi Avropa çempionatının finalında!

Azərbaycan millisinin iki güləşçisi Avropa çempionatının finalında!

Azərbaycanın iki sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Mediasport.az xəbər verir ki, Kənan Heybətov (70 kiloqram) və Ali Tsokayev (79 kiloqram) finala vəsiqə görüşlərini böyük üstünlüklə tamamlayaraq qızıl medal görüşlərinə çıxıblar.

Yarışa bu gün qoşulan Rəvan Musayev (90 kiloqram) 1/8, Elman Ağayev (57 kiloqram) və Musa Ağayev (65 kiloqram) isə 1/4 finalda məğlub olublar.

Onların uduzduqları rəqiblər finala çıxsalar, Azərbaycan təmsilçiləri təsəlliverici qarşılaşmalarda iştirak hüququ əldə edəcəklər.

Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb.

Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar.

Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) bürünc medala yiyələniblər.