Mariya Stadnik qızıl medal kolleksiyasına daha birini əlavə etdi
Azərbaycan, eləcə də dünyanın qadın güləşinin canlı əfsanəsi Mariya Stadnik qızıl medal kolleksiyasına daha birini əlavə edib.
MediaSport.az xəbər verir ki, 35 yaşlı idmançımız Polşanın paytaxtı Varşavada keçirilən "Poland Open" turnirində qızıl medal qazanıb.
50 kq-da çıxış edən Stadnik finaladək kanadalı Keti Dutçak, polşalı Amanda Tomçik və Kanadanın digər təmsilçisi Madison Parksı vaxtından əvvəl məğlubiyyətə uğradıb. Finalda yerli Anna Lukasyaka da 7:0 hesabı ilə qalib gələn Mariya fəxri kürsünün 1-ci pilləsinə yüksəlib.
Qeyd edək ki, bu gün Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) mübarizəyə başlayacaq.