"Turan Tovuz" akademiyasının iki üzvü "Gənclərbirliyi"nə yollandı - FOTO
Yay hazırlığının ikinci mərhələsini Ankarada davam etdirən “Turan Tovuz”un düşərgəsində 2 yeni ad diqqəti çəkib.
Klubdan MediaSport.az saytına verilən məlumata görə, onlar klub akademiyasının koordinatoru Rasim Əliyev və məşqçisi Seymur Tağıyevdir.
Öyrəndik ki, onlar əsas komandanın məşqlərində iştirak etməklə yanaşı, yeniliklərlə tanış olmaq və təcrübələrini artırmaq üçün Türkiyənin köklü klublarından olan “Gənclərbirliyi”nin futbol akademiyasında da təcrübə keçəcəklər.