"Qəbələ"nin Çempionlar Liqası oyunu Məhəmmədə tapşırılıb
UEFA Gənclər Liqasında Azərbaycan təmsilçisi "Qəbələ"nin 1-ci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Macarıstanın “Puşkaş Akademiya”sı klubu ilə matçının hakimlər briqadası açıqlanıb.
Mediasport.az xəbər verir ki, oyunu Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.
Baş hakim FİFA referisi Məhəmməd Usman Aslama Tom Harald Qronevik və Yorgen Ronninq Valstadsve yan xətt hakimləri qismində yardımçı olacaqlar.
Dördüncü hakim funksiyasını macarıstanlı Marton Ruş yerinə yetirəcək.
“Puşkaş Akademiya” - "Qəbələ" matçı oktyabrın 25-də Bakı vaxtilə saat 18:00-da keçiriləcək. Komandalar arasında Qəbələ şəhər stadionunda baş tutmuş ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.