PFL bu rayonun stadionunda oyunların keçirilməsinə icazə verdi
Peşəkar Futbol Liqası (PFL) tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.
mediasport.az xəbər verir ki, aparılan təmir və yenidənqurma işlərindən sonra arena I Divizion matçlarını qəbul etmək üçün məqbul hesab olunub.
“İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu aprelin 12-də “Qarabağ-2” komandasına qarşı keçirəcək. Görüş saat 16:00-da start götürəcək.
Daha əvvəl əyalət təmsilçisinin ev qarşılaşmalarını Saatlı Olimpiya İdman Kompleksinin stadionunda oynayırdı.