"Turan Tovuz" Moldova millisinin futbolçusu ilə gücləndi - RƏSMİ

"Turan Tovuz" Moldova millisinin futbolçusu ilə gücləndi - RƏSMİ

Antalyada təlim-məşq toplantısını davam etdirən "Turan Tovuz" Moldova millisinin futbolçusu ilə anlaşıb.

mediasport.az xəbər verir ki, qərb təmsilçisi cinah müdafiəçisi Denis Marandiçini heyətinə qatıb.

26 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə bağlanıb. O, "Leyriya" və "Çelye"də çıxış edib, son klubu "Jrinski" (Mostar) olub. Moldova millisində 6 oyun keçirib.