"Şəmkir"ə 13 qol vuran "Turan Tovuz"un 2-ci rəqibi "Kəpəz" olacaq

"Şəmkir"ə 13 qol vuran "Turan Tovuz"un 2-ci rəqibi "Kəpəz" olacaq

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz"ın təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama sparrinqi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Qurban Berdıyevin komandası "Kəpəz"lə qarşılaşacaq.

Sabah baş tutacaq görüş saat 17:00-da Qəbələ şəhər stadionunun köməkçi meydançasında keçiriləcək.

Xatırladaq ki, Qəbələdə hazırlaşan qərb təmsilçisi ilk sınaqda 2-ci Liqa klubu "Şəmkir"ə 13:0 hesabı ilə qalib gəlib.