Rusiya klubu "Neftçi"dən ayrılan futbolçunun transferini açıqladı

 Rusiya klubu "Neftçi"dən ayrılan futbolçunun transferini açıqladı

“Neftçi”dən ayrılan Reziuan Mirzovun “Ximki”yə qayıdışı rəsmiləşib.

Mediasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin sosial şəbəkə hesabları bununla bağlı paylaşım edib.

Müqavilənin detalları barədə açıqlama verilməyib.

Xatırladaq ki, "ağ-qaralar"ın heyətində 1 mövsüm keçirən 30 yaşlı yarımmüdafiəçi 25 oyuna 1 qolla yadda qaldı.

Mirzov daha əvvəl 3 mövsüm “Ximki”nin şərəfini qoruyub.

Komanda qarşıdakı mövsümdə yenidən Rusiya Premyer Liqasında mübarizə aparacaq.