UEFA Qurban Qurbanov və "Qarabağ" haqqında qısametrajlı sənədli film hazırlayıb - VİDEO

UEFA Qurban Qurbanov və "Qarabağ" haqqında qısametrajlı sənədli film hazırlayıb - VİDEO

UEFA "Qarabağ" və baş məşqçisi Qurban Qurbanov haqqında qısametrajlı sənədli film hazırlayıb.

Mediasport.az xəbər verir ki, ekran işində "köhlən atlar"ın tarixi Ağdam torpağından yola çıxması və təcrübəli mütəxəssisin kluba rəhbərlik etdiyi 16 ildə əldə etdiyi nailiyyətlərin bir hissəsindən söz açılıb.

Filmdə Qurban Qurbanovun fikirləri təqdim olunub.

Videoda ölkə çempionunun sadiq xanım azarkeşləri - Sevinc Məmmədova və Sevda Şərbətzadənin sevimli komandaları haqqında fikirlərinə, o cümlədən, "Qarabağ" iki monteneqrolusu - Marko Yankoviçlə Marko Veşoviçin düşüncələrinə yer verilib.