UEFA Konfrans Liqasının paylaşımı: “Qarabağ” liqada məğlubedilməzdir"

UEFA Konfrans Liqasının paylaşımı: “Qarabağ” liqada məğlubedilməzdir"

UEFA Konfrans Liqasının rəsmi “instaqram” səhifəsi "Qarabağ"la bağlı paylaşım edib.

mediasport.az xəbər verir ki, postda Qurban Qurbanovun komandasının bu mövsüm Azərbaycan Premyer Liqasında məğlub olmadığı qeyd edilib.

“Qarabağ” liqada məğlubedilməzdir. 16 oyun, 14 qələbə, 2 heç-heçə".

Premyer Liqada 44 xalla lider olan Ağdam təmsilçisi Konfrans Liqasının pley-offunda Belçika "Gent"i ilə qarşılaşacaq. İlk matç fevralın 16-da evdə, cavab qarşılaşması fevralın 23-də səfərdə oynanılacaq.