Azərbaycan millisinə Latviya və Estoniyadan futbolçular çağırılıblar
Azərbaycanın U-21 yığmasının heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, Samir Əliyev heyətə 24 futbolçu daxil edib.
Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də "Azərsun Arena"da Şimali İrlandiya, 17-də isə Lüksemburq yığmalarını qəbul edəcək.
Qapıçılar: Rza Cəfərov (“Neftçi”), Yusif İmanov, Rüstəm Samiqulin (hər ikisi “Sabah”);
Müdafiəçilər: İbrahim Ramazanov (“Qəbələ”), Mahir Həsənov, Rüfət Əhmədov (hər ikisi “Kəpəz”), Əli Abdullayev (“Karvan”), Hüseyn Babayev (“Neftçi”), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi “Araz-Naxçıvan”), Süleyman Damadayev ("Şamaxı"), Ayxan Süleymanlı ("Sumqayıt");
Yarımmüdafiəçilər: Ramin Nəsirli (“Dauqavpils”, Latviya), Nazim Həsənzadə (“Zirə”), Camal Cəfərov (“Sabah”), Samir Məhərrəmli, Elçin Qasımov (hər ikisi “Şamaxı”), Murad Vəliyev (“Levadiya”, Estoniya), Fərid Yusifli (“Neftçi”), Veysəl Rzayev (“Turan-Tovuz”), Zeynəddin Əbdürrəhmanov (“Səbail”);
Hücumçular: Xəyal Əliyev (“Sabah”), Ağadadaş Salyanski (“Neftçi”), Samir Abdullayev (“Səbail”).