Dadaşovun transferini Azərbaycan musiqisi ilə təqdim etdilər

Dadaşovun transferini Azərbaycan musiqisi ilə təqdim etdilər

Azərbaycan millisinin forvardı Renat Dadaşov karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

Mediasport.az xəbər verir ki, hücumçu "Hatayspor"la anlaşıb.

Türkiyə klubu rəsmi sosial şəbəkə hesablarında Aysel Əlizadənin ifasında səsləndirilən sözləri və musiqisi Novruz Feyzullayevə məxsus "Yandırdın qəlbimi" mahnısından bir parça paylaşıb.

Almaniya doğumlu Dadaşov 2022-ci ildən çıxış etdiyi "Qrasshopper"də 38 oyuna 9 qol vurub. O, 2017-ci ildən dəvət aldığı Azərbaycan yığmasının heyətində 19 dəfə meydana çıxıb, 1 qolla yadda qalıb.