"Braqa" ilə oyunqabağı ciddi itki - UEFA Marko Veşoviçi cəzalandırıb
UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində dekabrın 14-də Bakıda baş tutmuş "Qarabağ" - "Hekken" (2:1) görüşündə kobud oyunla birbaşa meydandan qovulan Marko Veşoviçin cəzası müəyyənləşib.
Mediasport.az xəbər verir ki, UEFA-nın İntizam Komitəsi Ağdam klubunun monteneqrolu futbolçusunu 1 oyunluq cəzalandırıb.
İsveçlilərlə matçın 56-cı dəqiqəsində qırmızı vərəqə alan 32 yaşlı cinah oyunçusu "köhlən atlar"a pley-off mərhələsinin fevralın 15-də "Braqa" ilə Portuqaliyada keçiriləcək qarşılaşmasında kömək edə bilməyəcək.
Veşoviç fevralın 22-də Bakıda oynanılacaq cavab görüşündə meydana çıxa bilər.