"Nəhənglərin sırasında olmağımız işlərimizin yaxşı getdiyini göstərir"
"Qarabağ"ın yarımmüdafiəçisi Julio Romao Braziliyanın "uol.com" saytına UEFA Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə ilk oyunu barədə fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, 25 yaşlı "sambaçı" hər kəsi təccübləndirmək üçün yaxşı şanslarının olduğunu deyib.
Cənubi amerikalı futbolçu Portuqaliya klubuna ciddi yanaşdıqlarını və yaxşı hazırlaşdıqlarını bildirib:
"Nəhənglərin sırasında olmağımız işlərimizin qaydasında getdiyini göstərir. Komandamız artıq bir neçə ildir ardıcıl uğurla çıxış edir. Bu, bizə daha yaxşı xəyallar qurmağa şərait yaradır".
Qeyd edək ki, Azərbaycan çempionunun “Braqa” ilə ilk görüşü fevralın 15-də səfərdə olacaq.