Azərbaycan çempionatı keçiriləcək

  Azərbaycan çempionatı keçiriləcək

Bakı şəhər Gənclər və İdman idarəsi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə stend atıcılığı üzrə Bakı Çempionatına start verilib.

Mediasport.az xəbər verir ki, 4 gün davam edəcək yarışlarda stend atıcılığının dairəvi və səngər növləri üzrə fərdi və qarışıq komanda yarışları keçiriləcək.

Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışlarda müxtəlif idman klublarını təmsil edən 50-dən çox idmançı çempionluq uğrunda mübarizəyə qoşulacaqlar.

Bütün növlərdə və kateqoriyalarda final mərhələsi Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) ən son qaydalarına əsasən keçiriləcək. 

25 sentyabrda idmançıların rəsmi təlim-məşq prosesi, 26-27 sentyabrda dairəvi və səngər stend atıcılığı üzrə qadınlar və kişilər arasında fərdi yarışlar və final görüşü, 28 sentyabrda qarışıq komanda yarışları keçiriləcək. Yarışlardan sonra qaliblərin mükafatlandırma mərasimi təşkil olunacaq.