"Bakıda da qalib gəlmək istəyirik" - "Frayburq"un yarımmüdafiəçisi
"Frayburq"un futbolçusu Yannik Kaytel "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında sabahkı matç haqda düşüncələrini bölüşüb
mediasport.az xəbər verir ki, alman yarımmüdafiəçi ölkəmizə səfər edəcəyi üçün şad olduğunu deyib.
- Azərbaycana gedəcəyim üçün çox sevinirəm. Matça ciddi yanaşacağıq. Bakıdakı oyunda da qalib gəlmək istəyirik. Heyətdə kimin yer almasından, hansı ölkədə çıxış etməyimizdən asılı olmayaraq, maksimum gücümüzü ortaya qoyacağıq.
Frayburq təmsilçisinin baş məşqçisi və futbolçularının oyunöncəsi mətbuat konfransı UEFA ilə əldə olunmuş razılığa əsasən, Almaniyada reallaşıb.