Azərbaycan 1-ci Liqasında yeni mövsüm bu tarixdə start götürəcək

  Azərbaycan 1-ci Liqasında yeni mövsüm bu tarixdə start götürəcək

Azərbaycan 1-ci Liqasında yeni mövsümün 1-ci turunun oyun cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, "Qəbələ"nin "Zaqatala" ilə matçı "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Turun digər 4 görüşünü Peşəkar Futbol Liqasının (PFL) rəsmi "YouTube" kanalında izləmək mümkün olacaq.

Azərbaycan 1-ci Liqası. 1-ci tur

11 sentyabr (çərşənbə)

"Karvan" - "Qaradağ Lökbatan"

Yevlax şəhər stadionu, 17:00.

12 sentyabr (cümə axşamı)

"Difai" - "Cəbrayıl"

Şamaxı OİK stadionu, 16:30.

"İmişli" - "Baku Sportinq"

Tovuz şəhər stadionu, 18:00.

13 sentyabr (cümə)

MOİK - "Mingəçevir"

Lökbatan OİK stadionu, 17:00.

"Qəbələ" - "Zaqatala"

Qəbələ şəhər stadionu, 17:00