Azərbaycan yığması Polşada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan yığması Polşada beynəlxalq turnirdə iştirak edəcək

İyunun 19-dan 23-dək Polşanın paytaxtı Varşavada güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Mediasport.az xəbər verir ki, ənənəvi yarışda ölkəmizi sərbəst güləş üzrə milli komandanın üzvləri təmsil edəcək.

Məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında 7 güləşçimiz Əli Rəhimzadə (65 kq), Zirəddin Bayramov, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov (79 kq), Osman Nurmaqomedov, Arseniy Djioyev (86 kq), Abubakr Abakarov (92 kq) mübarizə aparacaq.

Sərbəst güləş üzrə yarış iyunun 22-23-də keçiriləcək və görüşlər hər gün Bakı vaxtı ilə 13:00-da başlanacaq.

Turnirdə II dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ədaləti qoruyacaq.