Venesuela və Ekvador 1/4 finalda, Meksika və Yamayka qrupda qalıb

Venesuela və Ekvador 1/4 finalda, Meksika və Yamayka qrupda qalıb

Futbol üzrə Amerika Kuboku turnirinin qrup mərhələsində 3-cü turunun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ötən gecə B qrupunda iki matç keçirilib.

Meksika - Ekvador dueli başladığı kimi bitib və xalların bərabər (4) olmasına baxmayaraq, 1/4 finala adlayan tərəf ekvadorlular olublar.

Qrupun lideri Venesuela isə Yamayka millisinə də şans verməyərək pley-offa 9 xalla çıxıb.

Xatırladaq ki, bu gecə C qrupunda keçiriləcək 2 oyunla növbəti mərhələyə çıxacaq digər yığmaların adları müəyyənləşəcək.

Amerika Kuboku. Qrup mərhələsi. 3-cü tur

B qrupu

Meksika - Ekvador 0:0

"Foniks Universiteti" stadionu.



Yamayka - Venesuela 0:3

Qollar: Eduard Bello, 49; Salomon Rondon, 56; Erik Ramires, 85.

"Q2" stadionu.

Xal durumu: Venesuela - 9 xal, Ekvador - 4 xal, Meksika - 4 xal, Yamayka - 0 xal.

2 iyul

C qrupu

05:00 Boliviya - Panama

05:00 ABŞ - Uruqvay

Xal durumu: Uruqvay - 6 xal, ABŞ - 3 xal, Panama - 3 xal, Boliviya - 0 xal.