Avropa Konfrans Liqasında 1/4 final və yarımfinalın püşkü atılıb

Avropa Konfrans Liqasında 1/4 final və yarımfinalın püşkü atılıb

UEFA Çempionlar Liqası və Avropa Liqasının ardından, Avropa Konfrans Liqasında da 1/4 final, yarımfinal və finalın püşkü atılıb.

Mediasport.az xəbər verir ki, Türkiyənin turnirdə yeganə təmsilçisi "Fənərbağça" 1/4 finalda Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşacaq.

1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal görüşləri mayın 2-də və 9-da keçiriləcək.

Final  matçı mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq.


Avropa Konfrans Liqası. 1/4 final

“Brügge” (Belçika) – PAOK (Yunanıstan)

“Olimpiakos” (Yunanıstan) - “Fənərbağça” (Türkiyə)

“Aston Villa” (İngiltərə) - “Lill” (Fransa)

“Viktoriya” (Çexiya) - “Fiorentina” (İtaliya)


Yarımfinal

“Aston Villa” - “Lill” cütünün qalibi / “Olimpiakos” - “Fənərbağça” cütünün qalibi

“Viktoriya” - “Fiorentina” cütünün qalibi / “Brügge” – PAOK cütünün qalibi