İnyesta 3-cü Liqa klubunu aldı
Peşəkar futbolçu karyerasını bu yaxınlarda başa vurmuş Andres İnyesta Danimarkada klub alıb.
Mediasport.az xəbər verir ki, İspaniya milli komandasının sabiq yarımmüdafiəçisi səviyyəcə 3-cü Liqa təmsilçisi "Helsinqör"ün səhmlərinə yiyələnib.
Dünya və Avropa çempionunun sahibi olduğu NSN şirkəti anlaşmaya İsveçrənin "Stoneweg" kompaniyası ilə birlikdə imza atıb.
2010-cu ildə yaradılmış komanda 15 turdan sonra 19 xalla 7-ci pillədə qərarlaşıb və daha aşağı liqaya yuvarlanmaq təhlükəsindən uzaqlaşa bilməyib.
İnyesta İspaniya yığması ilə 2008 və 2012-ci illərdə Avropa, 2010-cu ildə isə dünya çempionu olub.