Daha iki güləşçimiz bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 Dünya çempionatında bürünc medal qazanıb.
mediasport.az xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov əvvəlcə təsəllivericə görüşdə güləşməli olsa da, Şri-Lanka təmsilçisi Lahiru Vadiqe qarşılaşmaya çıxmayıb.
Birbaşa bürünc medal uğrunda görüş imkanı qazanan pəhləvanımız qırğızıstanlı Orozobek Toktomambetova 8:5 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.
97 kq çəkidə güləşən İslam İlyasov isə gürcüstanlı Andro Margişvilini 7:0 hesabı ilə üstələyərək bürünc medalı təmin edib.