DÇ: İki güləşçimiz bürünc medal qazanıb, biri "qızıl"ın astanasında
İordaniyanın paytaxtı Əmmanda güləş üzrə U-17 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, 55 kq-da Hüseyn Hüseynov ermənistanlı Qaqik Qazaryana 2:1, 110-kq da Muxamad Qantemirov gürcüstanlı Qiqiya Lukunidzeyə 7:0 hesabıyla qalib gəlib və bürünc medala yiyələniblər.
Yarışın sonuncu günündə (25 avqust) Hüseyn İsmayılov final görüşünə çıxacaq. Rəvan Həsənzadə isə üçüncülük uğrunda mübarizə aparacaq.