Bakıdakı Dünya Kubokunun bürünc medalçısı məlum oldu
Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunda üçüncü yerin sahibi məlum olub.
mediasport.az xəbər verir ki, bürünc medal uğrunda Türkiyə və Dünya yığması üz-üzə gəlib.
Qarşılaşma Dünya yığmasının qələbəsi ilə başa çatıb. Ümumi hesab 5:5 olsa da, Dünya yığmasının üzvlərindən biri tuşe ilə qalib gəldiyi üçün komanda bürünc medalı təmin edib.
Yunan-Roma güləşi. Dünya Kuboku. Üçüncü yer uğrunda görüş
Türkiyə - Dünya yığması 5:5
55 kq
Muhammed Emin Çakır - Nuqzari Tsurtsumia 7:10
60 kq
Mükremin Aktaş - Aidos Sultanqali 1:7
63 kq
Ahmet Uyar - Leri Abduladze 1:3
67 kq
Murat Fırat - Coni Xetsuriani 1:1 (sonuncu xal prinsipi ilə türk güləşçi qalib gəlib)
72 kq
Selçuq Can - Andrii Kulik 3:4 (Ukrayna təmsilçisi tuşe ilə qələbə qazanıb)
77 kq
Yunus Emre Başar - Zoltan Levay 7:6
82 kq
Burhan Akbudak - Jalqasbay Berdimuratov 8:5
87 kq
Ali Cengiz - Aleks Kessidis 4:2
97 kq
Metehan Başar - Nikoloz Kaxelaşvili 1:1 (Sonuncu xal prinsipi ilə gürcü idmançı qalib gəlib)
130 kq
Fatih Bozkurt - Mantas Knistaustas 4:1