"Viktoriya" ilə oyundan sonra tənqid edildim, çətin idi"
"Çox çətin oyun oldu. Buna baxmayaraq, inamlı qələbə qazandıq. Qarşıda bizi "Olimpiakos"la ikinci duel gözləyir. Bu qarşılaşma daha vacibdir. Bizə mütləq 3 xal lazımdır".
MediaSport.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
28 yaşlı qolkiper Pirey təmsilçisinin yaxşı komanda olduğunu bildirib, cərimə zərbəsi zamanı gözəl qurtarışı barədə danışıb:
"Sadəcə, öz işimi görürəm. Meydanda hərənin öz işi var, qapıda dayanıramsa, topları götürməliyəm. "Viktoriya" ilə matçdan sonra tənqid edildim. Mənim üçün çətin idi. Milli komandaya, "Qarabağ"a kömək etmək üçün çox çalışıram".