"Neftçi"nin həkimi dalağı partlayan qapıçının son vəziyyətini açıqlayıb
"Ulduz Mingəçevir" klubu ilə oyun zamanı ciddi zədə alan "Neftçi"nin U-15 komandasının qapıçısı Nurəziz Əzizovun son vəziyyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisinin həkimi Şaiq Zöhrablı qolkiperin əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini deyib.
Tibbi personal onun bir neçə günlük müalicə prosesindən sonra evə buraxılacağını bildirib.
Qeyd edək ki, gənc qolkiper ölkə çempionatının 15-ci tur matçının 37-ci dəqiqəsində rəqibin hücumçusu ilə toqquşduqdan sonra təcili Kürdəmir Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.
Toqquşma zamanı Əzizovun dalağı partlayıb.