Yığma komandamıza qarşı yalnız legioner həyatı yaşayanlar oynayacaq
Moldova millisinin Azərbaycan və Rumıniya ilə yoldaşlıq oyunları üçün ilkin heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, baş məşqçi Sergey Kleşenko heyətə yalnız legionerlər həyatı yaşayan futbolçuları dəvət edib.
Qapıçı: Dorian Raylyan (“Unirya Dej”, Rumıniya)
Müdafiəçilər: İqor Armaş (“Voluntar”, Rumıniya), Vyaçeslav Posmak (“Boluspor”, Türkiyə), Oleq Ryabçuk (“Olimpiakos”, Yunanıstan), Artur Kraçun (“Hapoel”, Kfar Saba, İsrail), Daniel Dumbravanu (“Apoel”, Kipr), Yuri Yovu (“İstra”, Xorvatiya)
Yarımmüdafiəçilər: Artur İonitsa (“Piza”, İtaliya), Vadim Ratse (“Voluntar”), Yevgeni Koçuk (“Pünik”, Ermənistan), Mixail Kaymakov (“Torpedo”, Rusiya), Kristian Dros (“Slaviya”, Belarus), Nikita Motspan (“Hapoel” Hayfa, İsrail), Viktor Stıne (“Panserraikos”, Yunanıstan)
Hücumçular: Yon Nikolaesku (“Beytar”, İsrail), Vitali Damaşkan (“Voluntar”), Virciliu Postolaki (“UTA Arad”, Rumıniya), Niki Kleşenko (“Sion”, İsveçrə).