Yığma komandamızın üzvü yenidən Braziliya klubunda oynayacaq
Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisinin hücumçusu Polina Rəhimova karyerasını yenidən Braziliyada davam etdirəcək.
Mediasport.az xəbər verir ki, 34 yaşlı voleybolçu “Osasko” klubu ilə 1 illik müqavilə bağlayıb.
Xatırladaq ki, son komandası ötən mövsüm İndoneziyada “Qresik Petrokimiya” olan Rəhimova daha əvvəl Cənubi Amerika qitəsində 2 il “Sesi Voley”in formasını geyinib.