"Xankəndi stadionunda baş verən hadisə sırf futbol oyunu deyildi"

"Xankəndi stadionunda baş verən hadisə sırf futbol oyunu deyildi"

"Xankəndi stadionunda baş verən hadisə sırf futbol oyunu deyildi. Bu, futbol vasitəsilə siyasi sahəyə bir ismarıc idi".

Mediasport.az xəbər verir ki, bunu Milli Məclisin keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa deyib.

O, əzəli Azərbaycan torpağında keçirilmiş oyunu belə şərh edib:

“Prezident İlham Əliyev topa zərbə vuranda həm də onun içərisinə doldurulan Amerikadan siyasi ab-havanı da bir zərbə ilə əslində göstərdi ki, dağıtmaq iqtidarına sahibdir.

Artıq bir çox şey aydın oldu ki, Azərbaycanın taleyindəki məsələlər çox az səviyyədə Vaşinqtonda, Brüsseldə, Moskvada həll olunur".

Qeyd edək ki, dekabrın 21-də Xankəndi şəhər stadionunda Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK görüşü baş tutub və Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.

Bu, 36 illik fasilədən sonra Xankəndidə keçirilmiş ilk oyun olub.