"Neftçi" ilə Azərbaycan çempionu olan futbolçu İsraildə oynayacaq

"Neftçi" ilə Azərbaycan çempionu olan futbolçu İsraildə oynayacaq

2019-2022-ci illərdə “Neftçi”də çıxış etmiş Mamadu Mboc klubunu dəyişib.

Mediasport.az xəbər verir ki, Azərbaycandan ayrıldıqdan sonra Qazaxıstanın "Ordabası" klubuna keçən seneqallı müdafiəçi karyerasını İsraildə davam etdirəcək.

30 yaşlı futbolçu Yüksək Liqa təmsilçisi "Hapoel"ə (Hadera) transfer edilib.

Mboc "ağ-qaralar"ın heyətində 71 oyuna 7 qolla yadda qalıb və Azərbaycan çempionu olub.