Yarışda qəzaya düşüb həlak oldu
1907-ci ildən ənənəvi təşkil edilən "Tourist Tropy" (TT) motosiklet yarışında bədbəxt hadisə qeydə alınıb.
mediasport.az xəbər verir ki, ispaniyalı Raul Torras Martines Böyük Britaniyanın Men adasında keçirilən yarışda qəzadan sonra aldığı ciddi xəsarətlər səbəbindən dünyasını dəyişib.
Həkimlər 46 yaşlı idmançını dərhal xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
"Tourist Trophy" ekstrim - təhlükəli motosiklet yarışlarından biridir. Qeydə alınmış rəsmi statistikaya görə, burada indiyədək 260-dan çox idmançı həyatını itirib.