Beynəlxalq turnirdə 6 boksçumuzdan yalnız Şəhla medal qazana bildi

Beynəlxalq turnirdə 6 boksçumuzdan yalnız Şəhla medal qazana bildi

Qadın boksçular arasında Polşanın Pultusk şəhərində keçirilən beynəlxalq turnir başa çatıb.

mediasport.az xəbər verir ki, yarışda çıxış edən 6 Azərbaycan idmançısından yalnız Şəhla Allahverdiyeva medal qazanıb.

66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finala gedən yolda fransalı Fatia Benmessahelə məğlub olaraq bürünc medalla kifayətlənib.

Ölkəmizi turnirdə baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) da təmsil edirdilər.