Yığma komandamız Avstriya çempionatında mübarizə aparacaq
Taekvondoçularımız açıq Avstriya çempionatına yollanıblar.
mediasport.az xəbər verir ki, sabah taekvondo üzrə açıq Avstriya çempionatı start götürəcək.
İnsbrukda 2 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Ölkəmiz G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 taekvondoçu ilə təmsil olunacaq. Yığma üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) qüvvəsini sınayacaq.