Para-taekvondoçularımız Fransada iki beynəlxalq yarışa qatılacaqlar

Para-taekvondoçularımız Fransada iki beynəlxalq yarışa qatılacaqlar

Azərbaycan para-taekvondoçuları Fransanın Montarji şəhərində keçiriləcək Açıq Avropa Çempionatı və Açıq Həmrəylik turnirində iştirak edəcəklər.

Milli Paralimpiya Komitəsindən (MOK) “MediaSport”a verilən məlumata görə, yarışlarda milli komandaya baş məşqçi Fərid Tağızadə rəhbərlik edəcək.

Açıq Avropa Çempionatı 28-30 iyun, Açıq Həmrəylik turniri isə 1-2 iyul tarixlərində baş tutacaq. Hər iki yarış gələn il Parissə keçiriləcək 27-ci Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.