Yığma komandamız Antalyada Türkiyə millisi ilə 3 dəfə qarşılaşacaq

Yığma komandamız Antalyada Türkiyə millisi ilə 3 dəfə qarşılaşacaq

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının aprelin 30-dan mayın 7-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçiriləcək.

mediasport.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Türkiyə yığması ilə üç yoldaşlıq oyunu keçirəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov,, Orxan Məmmədov, Fuad Hüseynov, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qurbatov, Emil Həsənzadə, Kamran Qürbətov