Azərbaycan futbolunun idarəçiliyində köklü dəyişikliklər
Bu gün AFFA-da Hesabat-Seçki Konfransı keçiriləcək.
Mediasport.az xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də başlanacaq toplantının gündəliyinə 6 məsələ daxildir.
AFFA prezidenti tərəfindən iclas açıq elan edildikdən sonra Konfransın tərkibi yoxlanılacaq.
Ardınca AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları və müstəqil auditorun hesabatı dinləniləcək.
Daha sonra isə AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.
AFFA prezidentliyinə yalnız bir nəfərin namizədliyi qeydə alınıb. Bu, hazırda “Neftçi” klubuna da rəhbərlik edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.
Federasiyanın hazırkı prezidenti Rövnəq Abdullayev namizədliyini irəli sürməyib.
İcraiyyə Komitəsinə üzvlüyə namizədlər aşağıdakılardır
Peşəkar Futbol Liqası İctimai Birliyi - 5 yer
1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən
4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən
5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi - 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi - 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi - 2 yer
1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən