Yığmamızın üzvü yeni mövsümə kubok qazanmaqla start verib
Macarıstanın “Sventelski Bekeşçaba” klubunda çıxış edən Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko Rumıniyada mövsümünün ilk kubokunu qazanıb.
Azərbaycan Voleybol Federasiyasından Mediasport.az saytına verilən məlumata görə, onun komandası hər mövsüm öncəsi ənənəvi olaraq keçirilən Boraqua Kubokunun finalında “Fatum-Niredxaza” klubu ilə qarşılaşıb.
“Sventelski Bekeşçaba" kollektivinin 3:1 hesablı qələbəsi ilə başa çatan matçda Azərbaycan voleybolçusu 24 xal qazanıb.