Yüksək Liqa: İlin birinci oyun günündə 2 qarşılaşma keçiriləcək

Yüksək Liqa: İlin birinci oyun günündə 2 qarşılaşma keçiriləcək

Sabah Azərbaycan Yüksək Liqasında kişi voleybolçular arasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək.

Mediasport.az xəbər verir ki, 8-ci tur çərçivəsində 2 qarşılaşmanın keçirilməsi planlaşdırılır.

Günün ilk qarşılaşması "Murov Az Terminal"ın idman zalında, ikinci matçı isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Azərbaycan Yüksək Liqası. Kişilərin mübarizəsi. 8-ci tur

16:00 "Neftçi" - MOİK

"Murov Az Terminal"ın idman zalı

18:00. "Murov Az Terminal" - "Azərreyl"

GİN-nin Voleybol Mərkəzi