Yığma komandamızın heyətinə daha bir futbolçu cəlb olunub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə daha yeni futbolçu cəlb edilib.
Mediasport.az xəbər verir ki, “Neftçi”nin oyunçusu Rəvan Kazımov düşərgəyə dəvət olunub.
U-21 iyunun 7-də Bratislavadakı Seneç Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da Slovakiya ilə, iyunun 11-də “Liv Bona Dea Arena”da, saat 20:00-da isə Bolqarıstanla yoldaşlıq görüşü keçirəcək.