Millimizin İngiltərə ilə matçını xorvatiyalı hakim idarə edəcək
21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində İngiltərə ilə qarşılaşacaq.
Mediasport.az xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüş 15 oktyabr, 22:30-da Bristol şəhərində yerləşən "Aşton Qeyt" stadionunda keçiriləcək.
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
15 oktyabr
22:30 İngiltərə - Azərbaycan
Baş hakim: İvana Martinçiç.
Baş hakimin köməkçiləri: Sanya Rodyak-Karsiç, Maya Petraviç.
Dördüncü hakim: Sabina Bolic.
Hakim-inspektor: Yens Larsen (Danimarka).
UEFA nümayəndəsi: İgnas Marçinkeviçius (Litva).