Şahruddinin komandası üçün səfər sınağı - Superliqada 24-cü tur

Şahruddinin komandası üçün səfər sınağı - Superliqada 24-cü tur

Bu gün Türkiyə Superliqasında 24-cü tura yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" səfərdə "Pendikspor"la qarşılaşacaq.

Eyni zamanda, turun mərkəzi qarşılaşması da bu gün baş tutacaq: cari mövsüm qeyri-stabil çıxış edən "Beşiktaş" doğma azarkeşlər önündə - İstanbulda "Trabzonspor"la qarşılaşacaq.

Xatırladaq ki, çempionatın turnir cədvəlində Trabzon təmsilçisi 37 xalla 3-cü, "Beşiktaş" 36 xalla 4-cü, Adana klubu 31 xalla 9-cu pillədə qərarlaşıb.

Türkiyə Superliqası. 24-cü tur

14:30 Pendikspor - Adana Dəmirspor 

17:00 Kasımpaşa - Alanyaspor

20:00 Beşiktaş - Trabzonspor