Yığmamız olimpiadaya hazırlığın birinci mərhələsini başa vurub
Qadınlardan ibarət 3x3 basketbol yığmamız Serbiyadakı hazırlıqların ilkin mərhələsini yekunlaşdırıb.
Mediasport.az xəbər verir ki, komandamızın təlim-məşq toplanışının birinci mərhələsi Novi Sad şəhərində baş tutub.
Hazırlıq prosesində Dina Ulyanova, Tatyana Deniskina, Alexi Mollenhauer və Mersedes Ualker iştirak ediblər.
Bakıya qayıdan kollektiv 23-24 mart tarixlərində Fransanın Tuluza şəhərində keçiriləcək hazırlıq turnirində iştirak edəcək.
Basketbolçularımız martın 26-da Serbiyada toplanışın ikinci hissəsinə start verəcək.
Qeyd edək ki, təlim-məşqlər “Paris-2024” Olimpiya oyunlarına vəsiqə verən təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyır.
Olimpiadaya lisenziya yarışları 12-14 aprel tarixlərində keçiriləcək.