Qızlardan ibarət milli yenə sevindirdi, oğlanlar uduzdu - Avropa çempionatı
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Andorradadakı Avropa çempionatında ikinci oyununu keçirib.
MediaSport.az xəbər verir ki, yığmamız C divizionunun B qrupunda Moldova millisi ilə qarşılaşıb.
Azərbaycan komandası rəqibini 78:55 hesabı ilə məğlub edərək qrupda ilk pilləyə yüksəlib. Növbəti görüş bu gün Albaniyaya qarşı olacaq.
Qeyd edək ki, basketbolçularımız daha əvvəl meydan sahiblərinə 64:50 hesabı ilə qalib gəliblər.
Kosovanın paytaxtı Priştinada təşkil olunmuş oğlanların analoji yarışına isə yığmamız məğlubiyyətlə başlayıb. C divizionunun B qrupunda Kipr kollektivi ilə üz-üzə gələn komandamız 51:65 hesabə ilə uduzub.
Millimiz növbəti matçını iyulun 21-də Ermənistana qarşı keçirəcək.