Kubokun qalibi müəyyənləşdi

Kubokun qalibi müəyyənləşdi

"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun final oyunu baş tutub.

Mediasport.az xəbər verir ki, həlledici dueldə "Neftçi" "Xəzri" ilə qarşılaşıb.

Sadıq Sadıqovun rəhbərlik etdiyi "ağ-qaralar" gərgin keçən görüşdə 65:61 hesablı qələbə qazanaraq kubokun qalibi olublar.

Finalın ən dəyərli oyunçusu (MVP) "Neftçi"dən Ulaş Turqut seçilib.

Ən məhsuldar basketbolçular "Neftçi"dən Ulaş Turqut (15 xal, 8 ribaund), "Xəzri"dən Cordan Perkins (15 xal, 13 asist) olublar.