Karyerasını başa vuran Mariya Stadnikin yeni iş yeri açıqlandı
Mariya Stadnik Azərbaycan Güləş Federasiyasında (AGF) qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.
Mediasport.az xəbər verir ki, dünya şöhrətli idmançı bundan sonra funksioner kimi fəaliyyət göstərəcək və zəngin təcrübəsini qadın güləşinin inkişafı yolunda istifadə edəcək.
Xatırladaq ki, milliləşdirilmiş ukraynalı aktiv idmançı karyerasını başa vurduğunu açıqlayıb.