Rahil üçün Polşada 90 dəqiqə və biabırçı məğlubiyyət - VİDEO

Rahil üçün Polşada 90 dəqiqə və biabırçı məğlubiyyət - VİDEO

Polşada futbol üzrə Yüksək Liqada (Ekstraklassa) qış fasiləsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" 19-cu tur çərçivəsində iddialı “Yagelloniya”nın qonağı olub.

Meydan sahibləri Rahilin heyətində olduğu Radom təmsilçisini darmadağın ediblər - 5:0.

Məmmədov 90 dəqiqə meydanda olub.

"Radomiak" hazırda 20 xalla 12-ci pillədə qərarlaşıb.