Millimizin potensial rəqibinin baş məşqçisi Deşam püşkdən danışdı
"Bizim fərqli profillərə malik yeddi potensial rəqibimiz var. Onlar haqda bir az məlumatımız var, amma hələ hər şeyi bilmirik".
Mediasport.az xəbər verir ki, bu sözləri DÇ-2026-nın Avropa zonası üzrə seçmə qrup mərhələsində Azərbaycan yığmasının potensial rəqibi Fransa milli komandasının baş məşqçisi Didye Deşam deyib.
Mütəxəssis mundialın püşkatması haqqında fikirlərini bölüşüb:
"Bir çox insan üçün bu püşkatmanın mahiyyətini başa düşmək də çətindiir. Əvvəlki ilə müqayisədə indi daha az aydınlıq var. Amma əsas olan uyğunlaşmaqdır".
Xatırladaq ki, Fransa/Xorvatiya cütünün qalibi Azərbaycan millisinin İslandiya və Ukayna ilə birlikdə yer aldığı D qrupuna düşəcək.