Ukrayna klubu "Zirə"dən istədi, Rəşad Sadıqov konkret "yox" dedi

Ukrayna klubu "Zirə"dən istədi, Rəşad Sadıqov konkret "yox" dedi

"Zirə”nin heyətində diqqətləri çəkən Salifu Suma karyerasını Ukraynada davam etdirə bilər.

Mediasport.az saytına verilən məlumata görə, son olaraq dünən "Qarabağ"a iki qol vuran 22 yaşlı vingerlə bir müddətdir Kiyev “Dinamo”su maraqlanır.

Ukrayna nəhəngi yaydan bu yana izlədiyi qvineyalı üçün ilk addımı ataraq qarşı tərəfə təzminat ödəməyə hazır olduğunu çatdırıb.

"Zirə"nin afrikalı ilə bir neçə gün öncə 2 illik yeni müqavilə bağlaması məhz buna görə imiş.

Lakin məlumata görə, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov futbolçunun gedişinin qəti əleyhinə çıxaraq arada vasitəçilik edən menecerlərə konkret yox deyib.

Suma 2023-cü ildən "Zirə"də çıxış edir.